İraqlı qüvvələrin Mosulun qərbindəki döyüşləri davam edir
İraqlı qüvvələr Neynəva vilayətinin azad edilməsi əməliyyatının davamında Mosul şəhərinin mərkəzinə yaxın olan bəzi məntəqələri İŞİD-in işğalından təmizləyiblər.
IRNA-nın məlumatına görə, Mosulun qərbində vuruşan İraqın ordusu və xalq qüvvələri bu gün İŞİD terrorçularının mövqeləri və bir neçə qərargahını gülləbaran ediblər.
Məlumatlara görə, iraqlı qüvvələr bəzi məntəqələri ,o cümlədən Həyyultəyran məntəqəsini təmizləyiblər. Onlar mülkiləri döyüş xəttindən uzaq və əmin-aman məntəqələrə köçürməkdədirlər.
Digər tərəfdən, İraqın xalq səfərbər qüvvələri bu gün səhər tezdən İŞİD ünsürlərinin Mosulun qərbindəki mövqelərini bombalayıblar.
Həmçinin İraq Hizbullahının Kətaib qrupu bildirib ki, bu qrupun İŞİD-in Tələfər-dəki mövqelərinə qarşı artilleriya hücumunda bəzi İŞİD başçıları öldürülübdür.
Belə bir halda, İraqın təhlükəsizlik mənbələri bildiriblər ki, bu ölkənin silahlı qüvvələri İŞİD-in Mosuldakı ən böyük neft qaçağı bazasını öz nəzarətləri altına alıblar. Azı 16 İŞİD üzvü də məhv edilibdir.
İraqın silahlı qüvvələri Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatının 2017-ci il fevralın 19-da başlanmasından bəri bu məntəqədəki müxtəlif məhəllə və kəndləri öz nəzarətləri altına alıblar.