Fev 27, 2017 11:52 Asia/Baku
  • İraq qüvvələri Mosulun məscidinə daha da yaxınlaşdı
    İraq qüvvələri Mosulun məscidinə daha da yaxınlaşdı

İraq qüvvələri 2014-cü ildə Əbubəkr əl-Bağdadinin öz xəlifəliyini elan etdiyi Mosulun məşhur məscidinin üç kilometrliyinə çatıblar.

Sky Newsun ərəbcə xidmətinin məlumatına görə, İraq qüvvələri Mosulun qərbində irəliləməkdədirlər. Halbuki İŞİD ünsürləri Mosulun qərbində müxtəlif bölgələrdə bomba quraşdırılmış avtomobillər yerləşdirərək İraq ordusunun irəliləməsinə mane olmağa cəhd edirlər. 

İraq qüvvələri bu avtomobilləri müəyyənləşdirərək məhv edirlər. 

Bu arada İraq qüvvələri Mosulun məşhur məscidinin üç kilometrliyinə çatıblar. Bu məsciddə Əbubəkr əl-Bağdadi 2014-cü ildə öz xəlifəliyini elan etdi. İŞİD o zaman qorxu və dəhşət yaradaraq İraqın bir çox ərazilərini işğal etdi. Bununla belə İraq qüvvələri bütün müttəfiqlərinin köməyi ilə İŞİD-in nəzarətində olan əraziləri azad edə bilmişdir və hazırda Mosulun qərbini azad etməyə çalışır. 

Mosulun qərbində İŞİD-in ən önəmli silahı, evlərdə gizlənən snayperlərdir və onlar İraq ordusunun ləng irəliləməsinə səbəb olmuşlar. 

İŞİD ünsürləri həmçinin Mosulun qərb sakinlərindən insan sipəri kimi istifadə edirlər və bu məsələ də Mosulun qərbində savaşın uzanmasına səbəb olub. 

İŞİD başçıları səsgücləndiricilərdən təhrikedici elanlar yayımlayaraq öz ünsürlərini "kafirlər və geri çəkilən ünsürləri öldürmək" adlandırdıqları işə çağırırlar. 

İŞİD ünsürləri həmçinin müxtəlif bölgələrdə yerdəyişmə üçün evlərin içində yaratdıqları tunellərdən istifadə edir və qırıcıların diqqətindən yayınırlar. 

Hazırda Mosulun qərbində təxminən 750 min sivil vardır. Onlar sıx küçə və prospektlərdə yaşayırlar və İŞİD ünsürləri ilə İraq qüvvələri arasındakı savaşda sağ qalacaqlarına ümid edirlər. 

Teqlər