Misirdə etirazçılara qarşı repressiyalar davam edir
AP-nin verdiyi məlumata görə, Misirin təhlükəsizlik rəsmiləri bildiriblər ki, bu gün 2012-ci ildə Port Səid stadionunda baş vermiş qanlı hadisələr ilə əlaqədar saxlanılan 10 müttəhimə qarşı edam hökmu əleyhinə etiraz edənlərdən 22 nəfərini həbs edib.
Son günlər ərzində Port Səid şəhərində bu şəhər sakinlərindən olan 10 nəfərə qarşı ölüm cəzasına etiraz olaraq aksiyaların şahidi olub.
Misirin apelyasiya məhkəməsi çoxlu sayda indanın ölümü ilə nəticələnən Port Səid stadionunda baş vermiş isyanı törədənlərdən 10 nəfərinə qarşı ölüm cəzasını təsdiqləyib.
Deyilənlərə görə həmin şəxslər digər cinayətlərdə də ittiham olunurlar.
2012-ci ildə Əl-Misri və Əl-Əhli futbol komandaları arasında keçirilən yarışdan sonra baş vermiş xuliqanlıq nəticəsində 70 nəfər həyatını itirmişdi.