Livan-Suriya sərhədlərində terrorçular arasında toqquşma
-
Livan-Suriya sərhədlərində terrorçular arasında toqquşma
Livanın Suriya ilə sərhəd Ərsan qəsəbəsində terrorçu qruplar arasında toqquşmalar şiddətlənib
İRNA-nın verdiyi məlumata əsasən, terrorçular arasında ixtilafların şiddətlənməsi və Cəbhətünnüsrə ilə "Azad Suriya Ordusu" adlanan qüvvələrin tabeliyində olan Səraya Əhlüşşam arasında Ərsan qəsəbəsi bölgəsində toqquşmalar nəticəsində hər iki tərəf tələfat verib.
Terrorçular arasında toqquşmaların Suriya ərazisindəki Cərudül-Qəlmun bölgəsinə yayılması ehtimal edilir.
Toqquşmalar elə bir şəraitdə gedir ki, Səraya əhlüşşam qrupunun başçılığı ilə bu qrupun ünsürlərinin Suriya ərazilərinə geri çəkilmələri barədə gedən müzakirələr müvəffəqiyyətsizliyə uğrayıb və qruplar silah ələ alıblar.
Ötən bazar günü də İŞİD terrorçuları Hələb vilayətinin şimalında Cəbhətüşşam adlanan silahlı qrupun qərargahını hədəfə aldılar və nəticədə 10 nəfər ölüb yaxud yaralanıb.
Suriya terrorçularının müxtəlif cəbhələrdə məğlubiyyətinin və Suriya ordusu və müqavimət qüvvələrinin irəliləyişlərinin ardınca bu qruplar arasında ixtilaflar güclənib.