Mart 12, 2017 09:45 Asia/Baku
  • Dəməşq terror aktlarının insan tələfatı 59 nəfərə çatıb

Şənbə günü Dəməşqin "Müsəlla Qapısı" adlı məntəqəsində baş vermiş 2 terror aktında həlak olanların sayı 59 nəfərə çatıb.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Suriya qaynaqları şənbə günü Dəməşqdə törədilən partlayışlarda ölənlərin sayının 59 nəfərə çatdığını bildiriblər. Bu məlumata görə, hadisə qurbanlarının 47-si əsasən sivil vətəndaş və iraqlı şiə zəvvarlar olublar. Bu partlayışlarda könüllü xalq qüvvələrindən olan 12 nəfər də həyatını itirib. 

Suriya rəsmiləri daha öncə hadisə qurbanlarının sayını 46 nəfər elan etmişdilər. Partlayış nəticəsində yaralananların sayı isə 120 nəfər elan olunmuşdu. 

Şənbə günü Dəməşqdə baş verən partlayışlar bu ölkədə gərginliyin başlandığı zamandan bəri paytaxtda törədilən ən qanlı terror aktı sayılır. 

Suriya 2011-ci ildən Ərəbistan, Amerika və müttəfiqlərinin himayə etdikləri terrorçuların iri miqyaslı hücumlarının şahididir. Hədəf bu ölkə prezidenti Bəşşar Əsədi hakimiyyətdən kənarlaşdırmaqdır. 

Teqlər