İordan çayının qərb sahilində fələstinlilər həbs edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i262688-İordan_çayının_qərb_sahilində_fələstinlilər_həbs_edilib
Sionist hərbçilər İordan çayının qərb sahilində bie neçə fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2017 15:01 Asia/Baku
  • İordan çayının qərb sahilində fələstinlilər həbs edilib
    İordan çayının qərb sahilində fələstinlilər həbs edilib

Sionist hərbçilər İordan çayının qərb sahilində bie neçə fələstinlini həbs ediblər.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, sionist hərbçilər bu gün İordan çayının qərb sahilinə hücum edərək 9 fələstinlini həbs ediblər. 

Həbs olunan fələstinlilərdən üçü sionist rejim məhbəslərindən azad edilmiş əsirlərdən ibarət olub. 

Sionist rejim hərbçiləri təxminən hər gün Fələstin ərazilərinə hücum edir, fələstinliləri şəhid edir, yaralayır yaxud həbs edirlər. 

Fələstinin Əzzəmir insan haqları qurumunun verdiyi statistikaya görə, 7 min fələstinli sionist rejim məhbəslərində ən acınacaqlı vəziyyətdə saxlanılmaqdadır.