Mart 23, 2017 13:01 Asia/Baku
  • Suriya ABŞ-ın başçılığı altda olan qüvvələrin hərəkətlərinə etiraz edib
    Suriya ABŞ-ın başçılığı altda olan qüvvələrin hərəkətlərinə etiraz edib

Suriya Xarici İşlər Nazirliyi BMT-yə və Təhlükəsizlik Şurasına iki etiraz məktubu göndərərək, ABŞ-ın başçılığı altda olan koalisiyanın hərəkətlərini tənqid edib.

Əlaləm telekanalının məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi ayrı-ayrı müraciətlərdə BMT-dən və Təhlükəsizlik Şurasından istəyibdir ki, ABŞ-ın başçılığı altda olan koalisiyanın Suriyada dağıntılar və qırğın törətməsinin dayandırılmasında öz məsuliyyətlərinə əməl etsin və bu hərəkətləri pisləsinlər.

Suriya Xarici İşlər Nazirliyi vurğulayıb: ABŞ-ın başçılığı altda olan koalisiyanın hava qüvvələrinin terrorizmlə mübarizə bəhanəsilə həyata keçən mülkilərə qarşı hücumları İŞİD və Cibhətunnusrə kimi terror qrupları və onlarla bağlı qrupların Suriyada dağıntı və xərc-mərcliyin yaradılması üzrə hərəkətlərilə yanaşıdır.

ABŞ-ın başçılığı altda olan koalisiyanın hava qüvvələri dünən Riqqə şəhərinin ətrafındakı Əlmənsurə şəhərində yerləşən bir məktəbi bombalayıblar ki, nəticədə 32-dən çox uşaq bir qadınla yanaşı şəhid olub, onlarla suriyalı mülki yaralanıb və bu məktəb dağılıbdır.

Suriya Xarici İşlər Nazirliyi bildirib: ABŞ-ın başçılığı altda olan koalisiyanın  hava qüvvələrinin bu cinayəti onun üzvlərinin terrorizmlə mübarizə üzrə bütün iddiaları ilə təzaddadır.

ABŞ-ın başçılığı altda olan koalisiyanın hava qüvvələrinin qırıcıları dəfələrlə Suriya və İraqda terror qrupları ilə mübarizə bəhanəsilə müdafiəsiz mülkiləri hədəfə alıblar.

Teqlər