Fələstinli şəhidin dəfn mərasimi keçirilib
İzzəddin Qəssam batalyonlarının komandanlarından olan azad edilmiş əsir- şəhid Mazən Fuqəhanın pak cənazəsinin dəfn mərasimi minlərlə nəfərin iştirakı ilə Qəzzədə keçirilib.
Fələstin informasiya mərkəzinin məlumatına görə, minlərlə nəfər bu gün şəhid Fuqəhanı Qəzzədəki bir məsciddən Şeyx Rizvan məzarlığındakı son mənzilinədək müşayiət edib.
Həmas-ın siyasi bürosunun sədr müavini İsmayıl Hənyə bu şəhidin Qəzzə məscidində keçirilən mərasimində vurğulayıb: Şəhid Mazən Fuqəhanın yolu davam edir və biz bu fələstinli şəhidin qanının intiqamını alacağıq.
Həmas-ın siyasi bürosunun üzvü Məhmud Zəhhar da deyib: Müqavimət azad edilmiş əsir- şəhid Mazən Fuqəhanın qanının intiqamını bu cinayətdə əli olmuş bütün kəslərdən alacaq.
Həmas-ın siyasi bürosunun üzvü Xəlil Həyyə sionist rejimi bu cinayətin məsulu kimi təqdim edərək, vurğulayıb: Şəhid Mazən Fuqəhanın qanı sionist rejimlə qarşıdurmanın alovlanmasına səbəb olacaq.
Həmçinin İslami Cihad Təşkilatının rəhbərlərindən olan Muhəmməd Hindi də bir çıxışda müqavimətin sionist rejimin cinayətlərinə cavab vermək üzrə qanuni haqqını vurğulayıb və belə deyib: Düşmən müqavimət rəhbərləri və mübarizlərini terror edərək, heç vaxt Fələstin xalqının əzmkarlığını zəiflədə bilməyəcək.
Qəsbkarların terror qrupları dünən İzzəddin Qəssam batalyonlarının komandanlarından olan azad edilmiş əsir- şəhid Mazən Fuqəhanı Qəzzənin cənubundakı mənzili qarşısında dörd güllə ilə şəhid etdilər.
Şəhid Fuqəha 2011-ci ildə əsirlər mübadiləsi zamanı azad edilmişdi.