BMT: Yəmən müharibəsində 1400 uşaq həlak olub
BMT baş katibinin humanitar məsələlər üzrə müavini ötən iki ildə Yəməndə gedən savaşda 1400 uşağın öldüyünü və 19 milyon insanın humanitar yardımlara ehtiyaclı olduğunu bildirib.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Stefan Obrayn bir bəyanat yayaraq, bildirib: Yəməndə gedən savaşda minlərlə sivil vətəndaş və mülki həyatını itirib. Və ölənlər arasında uşaqların sayı 1400 nəfərdir.
BMT baş katibinin müavini əlavə edib: Yəmən əhalisinin üçdə biri yəni 19 milyon yəmənli hazırda təcili humanitar yardıma ehtiyaclıdır.
BMT-nin uşaq fondu YUNİSEF də Yəməndə artıq iki ildir ki, davam edən savaşa işarə edərək, bildirib: Yəməndə təqribən yarım milyon uşaq aclıq və içməli su çatışmazlığı kimi ciddi təhlükələr ilə üz-üzədir.
YUNİSEF Yəməndə savaş tərəflərindən və beynəlxalq ictimaiyyətdən istəyib ki, Yəməndə qıtlığın yaranmasını önləsinlər və xalqın ehtiyaclarını təmin etsinlər.
Ərəbistan 26 mart 2016-cı ildən başlayaraq Yəmənə qarşı hərtərəfli hücumlar edir. İndiyə kimi Yəmənin bir çox infrastrukturu məhv edilib.