İsrail və Amerika Yəmən xalqının əsas düşmənidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264274-İsrail_və_amerika_yəmən_xalqının_əsas_düşmənidir
Yəmənin Ənsarullah Hərəkatının baş katibi ABŞ və İsrail rejimini Yəmən xalqının başlıca düşməni adlandırıb və deyib: Onların regiondakı muzdluları yəni Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri yəmənlilərə ağalıq ardıncadırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2017 10:55 Asia/Baku
  • İsrail və Amerika Yəmən xalqının əsas düşmənidir

Yəmənin Ənsarullah Hərəkatının baş katibi ABŞ və İsrail rejimini Yəmən xalqının başlıca düşməni adlandırıb və deyib: Onların regiondakı muzdluları yəni Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri yəmənlilərə ağalıq ardıncadırlar.

Yəmənin Əlməsirə informasiya kanalının verdiyi məlumaa görə, Əbdülməlik Bədrəddin Əlhusi bu gün səhər Rəcəb ayının gəlib çatması münasibəti ilə etdiyi çıxışında deyib: Ali-Səud təcavüzkarları Yəmən xalqının mahiyyətini məhv etmək istəyirlər. Necə ki, onların muzdlularını mahiyyəti olmayan ünsürlər təşkil edir.

Əlhusi əlavə edib: Yəmən xalqının düşmənlərinin bir bataqlıq kimi ilişib qaldığı savaş sadəcə siyasi savaş deyil. Onların istəyi Yəmən xalqını qula və köləyə çevirmək, onların istəkləri qarşısında təslim olmağa məcbur etməkdir. 

Ənsarullah hərəkatının baş katibi əlavə edib: Bu gün Yəmən xalqının milli kimliyi hücuma məruz qalıb. Çünki, bu xalq hegemonçuluq qarşısında təslim olmaq istəmir.

Əlhusi həmçinin, Yəmənin düşmənlərinə xəbərdarlıq edib və deyib: Yəmənə hərbi hücumun uğursuzluğa düçar olmasının ardınca, indi İslamın həqiqi simasını ləkələmək yolu ilə, Yəmən xalqını mədəni hücuma məruz qoymaq istəyirlər.

Əlhusi əlavə edib: Təcavüzkarlar Yəməndə Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin bazaları və maraqlarını müdafiə edəcək zəif bir hökumətin iqtidara gətirilməsini istəyirlər.

Əlhusi həmçinin deyib: Düşmənlərin Yəməndəki 5-ci kolonu Ərəbistan və BƏƏ-dən aylıq olaraq məvacib alır.

Ərəbistan ABŞ-ın yaşıl işığı və himayəsi ilə 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. Beynəlxalq ictimaiyyətin sükutu ilə yanaşı olan bu cinayətlərdə regionun irticaçı ərəb rejimləri Ərəbistana dəstək verərək, Yəmən xalqının qırğın edilməsində iştirak edir.

İndiyə kimi bu təcavüzlər 11 min  yəmənlinin ölməsinə, on minlərlə insanın yaralanmasına və milyonlarla insanın didərgin düşməsinə səbəb olub. Ölkə hazırda insan faciəsi ərəfəsindədir.