Bir sionist hərbçi öldürülüb
-
Bir sionist hərbçi öldürülüb
İordan çayının qərb sahilində Ramullahın yaxınlığında bir fələstinlinin anti-sionist əməliyyatı nəticəsində bir sionist hərbçi ölüb iki hərbçi də yaralanıb.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, bu gün səhər çağı Ramullahda sionist sakinli Ufra qəsəbəsinin yaxınlığında bir fələstinli idarə etdiyi avtomobilini sionist hərbçilərin üstünə sürüb.
Məlumatlı mənbələrin dediklərinə görə, sionist hərbçilər atəş açmağa başlayıblar və fələstinli sürücünü şəhid ediblər.
İRNA-nın verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatının sözçüsü Əbdüllətif Əl-Qanu bildirib ki, anti-sionist əməliyyat sionist rejimin Fələstin xalqına qarşı cinayətinə cavab olaraq həyata keçib.
HƏMAS-ın rəsmi sözçülərindən olan Hazim Qasım da deyib: Qüds intifazəsi bir daha sübüt etdi ki, sionist rejimin işğalçılığı davam etdikdə müqavimət və intifazə də davam edəcək və sionistlər fələstinlilərin hüquqlarını inkar etdikləri müddətdə sionist hərbçilər və sionist şəhərcik sakinləri təhlükəsizlik üzünü görməyəcəklər.
Qüds intifazəsi 2015-ci il oktyabrın birində sionis hərbçilər və qəsəbə sakinlərinin Fələstinin islami müqəddəslərinə xüsusiylə Məscidül-Əqsaya qarşı təcavüzlərinə reaksiya olaraq formalaşdı. Qüds intifazəsinin başlandığı gündən bu günədək 300-dən çox fələstinli şəhid olub.
Fələstinlilər sionist şəhərcik sakinlərinin Məscidül-Əqsaya təkrar hücumlarının qarşısını almaq üçün müxtəlif metodlarla sionistlərin təxribatçı hərəkətlərinə mane olmağa çalışırlar.