Vəlid Əl-Müəllim: Suriya heç vaxt kimyəvi silahlardan istifadə etməyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264786-vəlid_Əl_müəllim_suriya_heç_vaxt_kimyəvi_silahlardan_istifadə_etməyib
Suriyanın xarici işlər naziri deyib: Terrorçular kimyəvi silahları Türkiyə və İraqdan Suriyaya gətirirlər və rəsmi Dəməşq bu mövzunu kimyəvi silahların yayılmasını qadağan edən təşkilatın diqqətinə çatdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2017 11:53 Asia/Baku
  • Vəlid Əl-Müəllim: Suriya heç vaxt kimyəvi silahlardan istifadə etməyib
    Vəlid Əl-Müəllim: Suriya heç vaxt kimyəvi silahlardan istifadə etməyib

Suriyanın xarici işlər naziri deyib: Terrorçular kimyəvi silahları Türkiyə və İraqdan Suriyaya gətirirlər və rəsmi Dəməşq bu mövzunu kimyəvi silahların yayılmasını qadağan edən təşkilatın diqqətinə çatdırıb.

İRİB-in verdiyi məlumata görə, Suriyanın XİN başçısı Vəlid Əl-Müəllim bu gün Dəməşqdə keçirdiyi mətbuat konfransında Suriya ordusunun İdlibə hücumda kimyəvi maddələrdən istifadə etməsinə dair iddialar barədə deyib: Suriya ordusunun İdlibin Xan Şeyxun bölgəsinə ilk hücumu çərşənbə axşamı həyata keçib və bu hücumda Cəbhətünnüsrə terror qrupuna məxsus silah anbarı hədəfə alınıb. 

Suriyanın xarici işlər naziri bir daha təkid edib ki, Suriya ordusu nə öz xalqına, nədə terrorçulara qarşı kimyəvi silahlardan istifadə etməyib və etməyəcək də. 

Vəlid Əl-Müəllim Suriyanın Xan Şeyxunda kimyəvi silahlardan istifadə barədə araşdırma komitəsinin yaradılmasını dəstəklədiyini bildirərək deyib: Araşdırma komitəsinin siyasi məqsədlə fəaliyyət etməyəcəyinə təzminat verilməlidir. 

Suriyanın XİN rəhbəri rəsmi Dəməşqin Xan Şeyxunda iddia edilən kimyəvi hücum barədə beynəlxalq araşdırmaların nəticələri ilə razılaşıb-razılaşmayacağı barədə verilən sualı belə cavablandırıb: Bu barədə keçmişin təcrübəsi çox da ürək açan deyil.