Apr 13, 2017 15:30 Asia/Baku
  • Sionist qəsəbə sakinlərinin həyasızlığı

Onlarla sionist qəsəbə sakini sionist rejimin polis qüvvələrinin himayəsi altında Məsciduləqsaya və Həzrət İbrahim(ə) hərəməinə basqın edib.

Fələstin informasiya mərkəzinin məlumatına görə, 100-dən çox sionist qəsəbə sakini bu gün səhər tezdən sionist rejimin polis qüvvələrinin himayəsi altında Babulmuğaribə səmtindən işğal olunmuş Qüdsdə yerləşən Məsciduləqsaya və İordan çayının qərb sahilində yerləşən Əlxəlil şəhərindəki Həzrət İbrahim(ə) hərəməinə basqın edib.

Dünən də 300-dən çox sionist qəsəbə sakini iki ekstremist yəhudi şəxsiyyət olan Muşe Fiqlin və Yəhuda Əsyuninin istiqamətləndirməsi altında Məsciduləqsaya hücum etdi.

Bu müqəddəs məkan Beytulmuqəddəsin islami və xristian mahiyyətini aradan götürüb, onun yerinə sionist simvollarını yerləşdirmək məqsədini güdən sionist hərbçilər və sionist qəsəbə sakinlərinin basqınları məkanına çevrilibdir. 

Fələstin xalqı, xüsusən fələstinli gənclər sionist hərbçilər və sionist qəsəbə sakinlərinin Məsciduləqsaya qarşı ardıcıl basqınlarına etiraz olaraq, 2015-ci ilin oktyabrından Qüds İntifazəsinə başlayaraq, sionistlərin hərəkətləri ilə mübarizə aparırlar.

Teqlər