Apr 24, 2017 12:13 Asia/Baku
  • Yəmən Ənsarullahı: ABŞ və İsrail bir sikkənin iki üzüdür
    Yəmən Ənsarullahı: ABŞ və İsrail bir sikkənin iki üzüdür

Yəmənin Ənsarullah Hərəkatının baş katibi deyib: Ərəb və islam ölkələri bir-birləri ilə birləşməli və vahid olmalıdırlar. Çünki onların hamısı ABŞ və sionist rejimin hədəfidir.

Əl-Əhd xəbər portalının məlumatına görə, Yəmən Ənsarullahı Hərəkatının baş katibi Əbdülməlik Bədrəddin əl-Husi Ənsarullah Hərəkatının təsisçisi Hüseyn Bədrəddin əl-Husinin vəfatının ildönümü münasibəti ilə təşkil olunan mərasimdə deyib: Amerikalılar Yəmən xalqını öz mənafelərinn xeyrinə mühasirədə saxlamaq, eyni zamanda reallıqları media senzurası ilə gizlətməyə çalışırlar.

Yəmən Ənsarullahı Hərəkatının baş katibi bildirib: Ali-Səud rejimi amerikalı-sionist rejimdir və İsrail və ABŞ-a çoxlu xidmətlər etmişdir.

Əbdülməlik Bədrəddin əl-Husi ABŞ və İsrailin bir sikkənin iki üzü olduğunu deyib: Sionist rejim qərb müstəmləkəçiliyinin xeyrinə yaradılıb.

Əl-Husi əlavə edib: Səudiyyə rejimi islam iddiasını edir. Lakin bu rejimdə heç bir xeyir yoxdur.

Yəmən Ənsarullahı Hərəkatının baş katibi İran İslam Respublikasının Yəmənlə əlaqədar mövqeyini alqışlayıb: İran azad olması üçün dünya imperializmi qarşısında dayandı və istiqlaliyyətini qorumaq üçün çalışıb.

Əbdülməlik Bədrəddin əl-Husi əlavə edib: Qərb müstəmləkəsi İranın Yəmən xalqının dərdinə şərik çıxmasını cinayət adlandırır. Halbuki müxtəlif ölkələrdə düşmənçilik hərəkətlərini problem hesab etmir.

Əl-Husi sonda bildirib: Yəmənin daxili və milli birliyi, xüsusilə də Ənsarullahla Xalq Konqresi partiyası arasındakı birliyin oyuna gəlməsinə icazə verməyəcəyik.

Səudiyyə Ərəbistanı ABŞ və ərəb və qərb ölkələrinin dəstəyi, eləcə də BMT və digər insan haqları iddiasında olan qərb təşkilatlarının sükutu ilə 2015-ci il mart ayından Yəmənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq məqsədilə bu ölkəyə hücum edib.

Bu hərbi təcavüzün indiyə qədər minlərlə yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla nəfərin didərgin düşməsi və bu ölkə infrastrukturlarının dağılmasından başqa nəticəsi olmamışdır.

Teqlər