Apr 29, 2017 09:04 Asia/Baku
  • Məscidül-Əqsa
    Məscidül-Əqsa

Sionist rejim hərbçilərinin Qəzzə zolağı sakinlərinin Məscidül-Əqsaya daxil olmalarına qarşı tədbirlərinə rəğmən İordan çayının qərb sahili və 1948-ci ildə işğal olunmuş ərazilərin 30 min sakini dünən cümə namazını bu məsciddə qılmışdır.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, sionist rejim hərbçiləri Qüdsdə xüsusi təhlükəsizlik tədbirləri həyata keçiriblər və bu şəhərin müxtəlif ərazilərində yüzlərlə hərbçi yerləşdiriblər. 

Əl-Əqsa məscidinin xitabətçisi cümə namazı xütbələrində İsrail zindanlarında fələstinli əsirlərin aclıq aksiyası keçirmələrinə toxunaraq onlara dəstəyin vacibliyini vurğulayıb. 

Sinonist rejimin fələstinlilərə xüsusiylə uşaqlara qarşı cinayətlərinin artması, eləcə də bu rejimin müsəlmanların müqəddəs məkanlarına təcavüzü və Məscidül-Əqsanı zaman və məkan əsasında bölmək cəhdlərinin ardınca fələstinlilər 2015-ci il oktyabr ayından bəri Qüds intifazəsinə başlayıb. 

Qüds intifazəsinin başlanmasından bəri 300 fələstinli şəhid edilib və çoxlu sayda fələstinli yaralanıb yaxud da həbs edilib. 

Teqlər