Tunis xalqı fələstinli əsirlərlə həmrəylik nümayiş etdirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i267490-tunis_xalqı_fələstinli_əsirlərlə_həmrəylik_nümayiş_etdirib
Tünis xalqı bu ölkə paytaxtında kampaniyalar və aksiyalar təşkil edərək aclıq aksiyası keçirən fələstinli əsirlərlə həmrəylin nümayiş etdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2017 08:53 Asia/Baku
  • Tunis xalqı fələstinli əsirlərlə həmrəylik nümayiş etdirib
    Tunis xalqı fələstinli əsirlərlə həmrəylik nümayiş etdirib

Tünis xalqı bu ölkə paytaxtında kampaniyalar və aksiyalar təşkil edərək aclıq aksiyası keçirən fələstinli əsirlərlə həmrəylin nümayiş etdirib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Tunis sahibkarlar birliyinin rəyasət heyətinin üzvü Əsəd Əl-Yəqubi deyib: Tunis xalqı paytaxtda aksiyalar keçirmək və müxtəlif qrupların iştirakı ilə kampaniyalara start verməklə aclıq elan edən fələstinli əsirlərlə həmrəyliyini nümayş etdirib. 

 Əsəd Əl-Yəqubi deyib: Tunis xalqının Fələstin mövzusuna diqqətinin tarixi kökləri var. Tunis xalqı həmişə fələstinlilərin kənarında olub. 

Sinost rejimin zindanlarında acınacaqlı şəraitdə saxlanılan Fələstinli əsirlər 17 aprel əsirlər günündə 1500 məhbusun iştirakı ilə aclıq aksiyasına başlayıb və həbsxanalarda vəziyyətin yaxşılaşdırılmasını tələb edir. 

Fələstinli qurumlar tərəfindən yayılan rəsmi statistikalara görə, 6 min 600 fələstinli sionist rejimin əsirliyindədir, onlardan 57 nəfərini qadın 300 nəfərini isə uşaqlar təşkil edir.