May 03, 2017 09:46 Asia/Baku
  • YUNESKO-nun anti-İsrail qətnaməsi Netanyahunu qəzəbləndirdi
    YUNESKO-nun anti-İsrail qətnaməsi Netanyahunu qəzəbləndirdi

İsrail rejiminin baş naziri YUNESKO-nun icra komitəsində İsrailə qarşı qətnamənin qəbul edilməsindən qəzəblənib.

YUNESKO-nun icra komitəsi çərşənbə axşamı bir qətnamə qəbul edərək, İsrail rejimini Beytül-Müqəddəs və Qəzzə zolağında beynəlxalq qanunları pozmaqda ittiham edərək, tarixi Qüds şəhərinin tarixinə hörmət edilməsini istəyib.

İRİB-nin verdiyi məlumata görə, İsrail rejiminin baş naziri Benyamin Netanyahu YUNESKO-nun qətnaməsini "axmaqlıq" adlandırıb və Qüds şəhərinin heç bir xalq üçün yəhudilər üçün olduğu qədər müqəddəs olmadığını iddia edib.

Netanyahunun bu iddiasına rəğmən, dünya ictimaiyyəti və beynəlxalq dairələr sionistlərin Qüds şəhərindəki varlığını qəbul etmir.

YUNESKO-nun qətnaməsində yəhudi adları yerinə islami adlar olan Əl-Əqsa və Əl-Hərəm Əl-Şərif adlarından istifadə edilib.

İsrail rejimi 20-ci əsrin sonlarından etibarən Əl-Əqsa məscidini dağıtmaq üçün müxtəlif planlar həyata keçirməyə başlayıb. Bu rejim Əl-Əqsa məscidini dağıtmaqda bir sıra məqsədlərə malikdir və onlardan biri Fələstinidə ən mühüm İslam abidəsini məhv etməkdir.

Teqlər