May 05, 2017 09:20 Asia/Baku
  • Şeyx Nəim Qasim
    Şeyx Nəim Qasim

Livan Hizbullahı baş katibinin müavini xatırladıb: Sionist rejim məhbəslərində olan fələstinli əsirlər Fələstin amalına dəstək üzrə öz şücaətli mövqeyi ilə işğalçılar qarşısında Müqavimətin Sədasıdır.

İRİB-in məlumatına görə, Şeyx Nəim Qasim bildirib: Sionist rejim məhbəslərində olan fələstinli əsirlər müqavimətləri ilə sionist rejimlə əməkdaşlıq edən və ədalət və həqiqəti dəstəkləməyən ərəb ölkələrinin başçıları və beynəlxalq rəsmiləri rüsvay edirlər. 

Fələstinli əsirlər 17 apreldən sionist rejimin irqçilik siyasəti və davranışına etiraz əlaməti olaraq Azadlıq və Kəramət şüarı altında aclıq aksiyasına başlayıblar. 

Hal-hazırda təxminən 6500 fələstinli İsrail rejiminin həbsxanalarındadır. Onların 62 nəfəri qadın və 300 nəfəri isə qanuni yaşdan aşağıdır. 

Fələstinli əsirlərin aclıq aksiyası dünyanın müxtəlif ölkələrində dəstək qazanıb. 

Beynəlxalq təşkilatlar da sionist rejimdən fələstinli əsirlərin haqlı tələblərinə cavab verməsini istəyiblər. Lakin bu rejim bu tələblərə məhəl qoymadan fələstinli əsirlərin repressiyasını davam edirir. 

Teqlər