İsmayıl Həniyyə Həmasın siyasi bürosunun yeni rəhbəri oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i268284-İsmayıl_həniyyə_həmasın_siyasi_bürosunun_yeni_rəhbəri_oldu
İsmayıl Həniyyə Fələstin İslam Müqavimət Hərəkatı Həmasın siyasi bürosunun yeni rəhbəri olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2017 16:28 Asia/Baku
  • İsmayıl Həniyyə Həmasın siyasi bürosunun yeni rəhbəri oldu
    İsmayıl Həniyyə Həmasın siyasi bürosunun yeni rəhbəri oldu

İsmayıl Həniyyə Fələstin İslam Müqavimət Hərəkatı Həmasın siyasi bürosunun yeni rəhbəri olub.

Qüdsəna İnformasiya Agentliyinin məlumatına görə, Həmas rəhbərləri cümə günü iclasda İsmayıl Həniyyəni Həmasın siyasi bürosunun yeni rəhbəri seçiblər.

Məlumata görə, bu qərar may ayının 15-də rəsmi şəkildə elan olunacaq.

Bundan öncə bildirilmişdi ki, Fələstin İslam Müqaviməti Hərəkatı Həmas bu gün bu hərəkatın yüksək səviyyəli rəhbərlərinin seçilməsi üçün son seçkiləri təşkil etmək niyyətindədir.

Məlumatda bildirilir ki, Xalid Məşəl Həmas hərəkatının partiyadaxili seçkilərinə əsasən bu hərəkatın Məşvərət Şurası Məclisinin sədri seçiləcək.

Xalid Məşəlin Həmasın siyasi bürosuna rəhbərlik dövrü ötən ilin sonunda başa çatmışdı.