Sionist rejim Livana qarşı tədbirlərin təsirsiz olduğunu etiraf edib
-
Sionist rejim Livana qarşı tədbirlərin təsirsiz olduğunu etiraf edib
Sionist rejim ordusu etiraf edib ki, Livan sərhədlərinə həyata keçirdiyi tədbirlər və layihələrin heç biri Livan müqaviməti qüvvələrinin irəliləyişinə təsir göstərməyib.
Haarets sionist qəzeti yazıb: İsrail ordusu yaxın gələcəkdə Livan sərhədlərində qum saatı adlı bir divar inşasına başlamağı planlaşdırıb.
Livanlı bir adi vətəndaşın işğal olunmuş Fələstinə daxil olaraq heç bir maneə ilə üzləşmədən 10 km məsafəni qət etməsi və Kəriyyat Şəmunə qəsəbəsinə gəlib çatmasından sonra sionist rejim ordusu bir zabiti vəzifəsindən azad edib başqa bir neçə zabiti isə cəzalandırıb.
Sionist rejim hərbçilərinin Livanın cənubundan və qərbi Büqadan çıxarılmasından 16 il keçsə də sionistlər hələ də Livan ordusu, xalqı və müqavimətinin gücündən qorxurlar. 2000-ci il 25 mayda sionistlər Livan torpaqlarından çıxarıldı və Livanın işğal olunmuş torpaqlarının bir hissəsi azad edildi.