May 11, 2017 11:39 Asia/Baku
  • Sionist rejim qırıcıları Livanın hava məkanını pozublar
    Sionist rejim qırıcıları Livanın hava məkanını pozublar

Sionist rejimin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə sadiq qalmamasının davamında bu rejimin bir qrup qırıcısı dünən gecə Livanın hava məkanını pozubdur.

IRIB-nin məlumatına görə, Livan ordusu baş qərargahının ictimai əlaqələr bölməsi bir bəyanatda bildirib ki, sionist rejimin bir qrup qırıcısı Livanın cənub səmasından bu ölkənin hava məkanına soxularaq, Əlnəbətiyyə və "İqlim Əltuffah" məntəqələrində patrul keçibdir.

Həmçinin sionist rejimin bir ədəd pilotsuz casusluq təyyarəsi Livan səmasına soxularaq, bu ölkənin cənubundakı "Uləma-Əlşəəb" kəndi, eləcə də Əlhərməl, Bəəlbək və Riyaq məntəqələrinin səmalarında patrul keçibdir.

Sionist rejim qırıcılarının Livanın hava məkanına qarşı təcavüzlərinə rəğmən, BMT-nin Livanın cənubunda yerləşən sülhsevər qüvvələri sionistlərin bu təcavüzünə reaksiya verməyiblər.

Sionist rejimin 2006-cı ildə Livana qarşı 33 günlük savaşından sonra qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi bu rejimi Livana qarşı düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırır. Lakin sionist rejim həmin qətnaməyə məhəl qoymadan daim Livanın hava, quru və dəniz məkanlarını pozur.

Teqlər