Misirdə terror aktında bir nəfər həlak olub, 3 nəfər yaralanıb
May 14, 2017 19:35 Asia/Baku
Misir ordusunun Şimali Sina vilayətində zirehli avtomobillərinin keçdiyi yolda terror aktı bir təhlükəsizlik zabitinin ölümü ilə nəticələnib.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, Misirin təhlükəsizlik dairələri bildiriblər: Şimali Sina vilayətinin mərkəzində əl-Həsənə bölgəsində ordunun zirehli avtomobilinin tapşırığı yerinə yetirdiyi vaxtda partlayış baş verib. Hadisədə yaralanan üç nəfər Süveyş hərbi hospitalına aparılıb.
Sina vilayəti terror qruplarının fəaliyyət göstərdiyi məkandır. Bu terror qrupları 2014-cü il noyabr ayında İŞİD-lə əməkdaşlığa başlayıb.