May 20, 2017 11:52 Asia/Baku
  • Həmas fələstinli əsirlər məsələsinin önəmini vurğulayıb
    Həmas fələstinli əsirlər məsələsinin önəmini vurğulayıb

Fələstinin Həmas hərəkatı fələstinli əsirlər məsələsini bu hərəkatın mühüm prioriteti adlandıraraq, fələstinlilərin fələstinli əsirlər məsələsinə tam dəstək vermələrini istəyib.

Həmas hərəkatının başçılarından olan Sami Əbu Zəhri dünən bədbəxt günün 69-cu ildönümü münasibətilə Livanın cənubundakı Əlrəşidiyyə düşərgəsində çoxlu sayda livanlı və fələstinli qarşısında bildirib ki, Həmas-ın hədəfi, Fələstin ərazisinin azad edilməsidir və əsirlər və didərginlər məsələsi mühüm prioritetlərdən sayılır və Həmas bu hədəflərə çatmaq üçün əlindən gələni əsirgəməyəcək.

Əbu Zəhri Həmas-ın sionist rejimi rəsmən tanımadığını vurğulayaraq, deyib ki, bu hərəkat Fələstin ərazisinin azad edilməsi üçün əlindən gələni edəcəkdir. 

O, qeyd edib ki, Qəzzə zolağı müqavimətin mərkəzi olmaqda davam edəcək və bu hərəkat qələbəyədək, eləcə də fələstinli didərginlərin öz ev-eşiklərinə geri dönmələrinədək səy göstərəcəkdir. 

Əbu Zəhri vurğulayıb ki, müqavimət fələstinlilərin öz ərazilərinə geri dönmələri üçün yeganə yoldur.

2017-ci il mayın 14-ü Fələstinin sionist rejim tərəfindən işğal olunmasının 69-cu ildönümü gününə təsadüf edir.

Belə bir gündə sionistlər İngiltərənin dəstəyilə bir neçə onillikdən sonra Fələstin ölkəsinin işğal olunması fitnəsini həyata keçirdilər.

Fələstinli əsirlər sionist rejimin cinayətlərinə etiraz olaraq, aprelin 17-də qeyri-məhdud aclıq aksiyasına başladılar.

Teqlər