May 20, 2017 13:20 Asia/Baku
  • Bəhreyndə din alimləri xalqı məscidlərdə iştiraka çağırıblar
    Bəhreyndə din alimləri xalqı məscidlərdə iştiraka çağırıblar

Bəhreyndə tanınmış din xadimi Şeyx İsa Qasimə hökmün oxunması gününün yaxınlaşması ilə bir zamanda bu ölkənin din alimləri xalqı gecə vaxtı məscidlərdə geniş iştiraka çağırıblar.

Bəhreyn din alimləri dünən vurğulayıblar ki, məhkəmədə Şeyx İsa Qasimə qarşı hər cür hökmün oxunması təqdirində Bəhreyn xalqı hər cür şəri fitvanın verilməsinə hər an hazır olsun.

Bəhreyn din alimləri bildiriblər ki, xalqın iradəsi Allahın izni ilə qalibdir və Ali-Xəlifə rejiminin  ümumi fikri aldadan Şeyx İsa Qasimin mühakiməsinin davam etməsinə dair israrı xalqın fədakarlıq göstərməyə daha artıq hazır olmasına, onu artırmaqdan savayı heç bir təsir göstərməyibdir.

Bəhreyn məhkəməsi 2017-ci il mayın 21-də Bəhreyndə tanınmış din xadimi Şeyx İsa Qasim barədə hökm çıxarmalıdır. Ona qarşı pulyuma kimi puç ittiham irəli sürülüb. Bəhreyn məhkəməsi bu hökmü mayın 7-də oxumalı idi, amma ümumi fikrin təzyiqləri və Bəhreyn din alimlərinin xəbərdarlıqları nəticəsində bu hökmü bu günə saxlayıbdır.

Teqlər