Liviya sahillərində onlarla mühacir xilas edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i270620-liviya_sahillərində_onlarla_mühacir_xilas_edilib
Liviya dəniz qoşunlarının sözçüsü bu ölkə sahillərində bir qrup mühacirin cəsədinin aşkarlanmasından və onlarla mühacirin də xilas edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2017 06:47 Asia/Baku
  • Liviya sahillərində onlarla mühacir xilas edilib
    Liviya sahillərində onlarla mühacir xilas edilib

Liviya dəniz qoşunlarının sözçüsü bu ölkə sahillərində bir qrup mühacirin cəsədinin aşkarlanmasından və onlarla mühacirin də xilas edilməsindən xəbər verib.

IRIB-nin məlumatına görə, Liviya dəniz qoşunlarının sözçüsü Əyyub Qasim bildirib ki, bu ölkənin paytaxtı Tripoli şəhərinin sahil sularında mühacirləri daşıyan bir qayığın aşması nəticəsində azı yeddi nəfər həlak olub, 77 nəfər isə xilas edilibdir.

İtaliyanın sahil qvardiyası da dünən Liviya sahillərində iki cəsədin aşkarlanmasından və 2300 mühacirin nicat tapmasından xəbər verib.

2017-ci ilin başlanması ilə İtaliya qüvvələri tərəfindən 45 min nəfər dənizdən xilas edilərək, bu ölkəyə köçürülübdür.