Rəs-Bəəlbək partlayış amili həbs olunub
Livan ordusu bu gün bildirib ki, Əlbəqa vilayətində yerləşən Rəs-Bəəlbək şəhərciyində baş vermiş partlayışdan təqribən 24 saat sonra onun amilini həbs edibdir.
IRNA-nın məlumatına görə, Livan ordusu İŞİD-in tabeliyində olan Husəyn Əlhəsən-in yaxalanmasına toxunaraq, əlavə edib: O, cümə axşamı günü Maraliyan kilsəsi yaxınlığındakı partlayışdakı rolunu etiraf edibdir.
Bu hadisə iki bağlamanın partlaması nəticəsində baş verib və ordu qüvvələri üçüncü bağlamanı yerindəcə zərərsizləşdirməyə müvəffəq olublar.
Bundan öncə Livan ordusu aprelin 22-də bu ölkənin şimalında yerləşən Bəəlbək rayonunun Ərsal yüksəkliklərində sürətli bir əməliyyatda yüz terrorçunu həbs etmişdi.
Son həftələrdə Livanın şərqindəki bir çox məntəqələr terrorçulardan təmizlənibdir.