ABŞ koalisiyası Rəqqəni vurdu, 20 mülkü həlak oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i270874-abŞ_koalisiyası_rəqqəni_vurdu_20_mülkü_həlak_oldu
Suriya mənbələri ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının Rəqqə şəhərinə etdiyi hücumda 20 mülkinin ölməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2017 12:03 Asia/Baku
  • ABŞ koalisiyası Rəqqəni vurdu, 20 mülkü həlak oldu
    ABŞ koalisiyası Rəqqəni vurdu, 20 mülkü həlak oldu

Suriya mənbələri ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının Rəqqə şəhərinə etdiyi hücumda 20 mülkinin ölməsindən xəbər veriblər.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Rəqqə şəhərində olan bir tibb qaynağı Almaniya xəbər agentliyinə verdiyi müsahibədə deyib: ABŞ qırıcıları şənbə günü gecə Rəqqə şəhərindən mülkiləri köçürməklə məşğul olan bir avtomobili hədəfə alıblar. Nəticədə 20 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Yaralılar qayıq vasitəsi ilə Fərat çayını keçərək, Rəqqə xəstəxanalarına çatdırılıblar.

Suriya İnsan Haqları Mərkəzi də bundan öncə bildirmişdi ki, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin 23 Aprel - 23 May aralığında İraq və Suriyada həyata keçirdikləri əməliyyatlarda 225 nəfər mülki həlak olub.

ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası 2014-cü ildən Suriyada hərbi əməliyyatlara başlayıb. İndiyə kimi bu koalisiyanın həyata keçirdiyi hücum əməliyyatlarında ən çox sivil əhali hədəfə alınıb.