Yəmənlilər səud təcavüzkarlarının cinayətlərini cavablandırıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i271492-yəmənlilər_səud_təcavüzkarlarının_cinayətlərini_cavablandırıblar
Yəmənin ordu və xalq komitələri qüvvələri bu ölkənin Təiz vilayətindəki Muzə məntəqəsində muzdur səud ünsürlərinin toplaşdıqları məkanı bir ədəd "Zəlzal-2" raketi və bir neçə ədəd "katyuşa" raketi ilə hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2017 13:46 Asia/Baku
  • Yəmənlilər səud təcavüzkarlarının cinayətlərini cavablandırıblar

Yəmənin ordu və xalq komitələri qüvvələri bu ölkənin Təiz vilayətindəki Muzə məntəqəsində muzdur səud ünsürlərinin toplaşdıqları məkanı bir ədəd "Zəlzal-2" raketi və bir neçə ədəd "katyuşa" raketi ilə hədəfə alıblar.

Yəmənin ordu və xalq komitələri qüvvələri həmçinin səud təcavüzkarlarının cinayətlərinə cavab olaraq, onların bu ölkənin cənubundakı Ciran məntəqəsində yerləşən "Əlfərizə" hərbi mərkəzindəki istehkamlarını artilleriya atəşlərinə tutublar. Nəticədə bir qrup səud hərbçisi ölüb və yaralanıbdır.

Səud hərbçilərinin və onların muzdurlarının Ərəbistanın cənubundakı Nəcran şəhərində yerləşən Ələəş və Əltələə hərbi mərkəzlərindəki toplaşma məkanları da Yəmənin ordu və xalq komitələri qüvvələrinin artilleriya atəşlərinin şahidi olublar.

Belə bir halda,Ərəbistanın Şəbəkə, Cəvazat, Ələəsir məntəqələri və Ələb keçidindəki hərbi bazaları və səud hərbçilərin "Rəqabə Əlnəmsaa" bazasındakı toplaşma mərkəzi hədəfə alınıbdır.

Eyni zamanda, səud qırıcıları Yəmənin Hədidə vilayətindəki His bölməsinə və bu ölkənin cənub-qərbindəki digər məntəqələrə hücum ediblər.

Ərəbistanın Yəmənə təcavüzü 2015-ci ilin martından başlanıb və indiyədək 12 mindən çox yəmənli ölüb, minlərlə nəfər də yaralanıbdır.