Yəmən müharibəsinin əsas qurbanları
Çinin Yəməndəki səfiri deyib: Yəmənli uşaqlar bu ölkədə gedən müharibənin ən böyük qurbanlarıdırlar. Belə ki, Yəməndə savaşın başlandığı zamandan bəri ölən və yaralananlar arasında çoxluq təşkil edən kəsim uşaqlardır.
Yəmənin dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Çinin Yəməndəki səfiri Tiyan Çi cümə günü 1 iyun Ümumdünya Uşaqlar Günü münasibəti ilə deyib: Bəzi yəmənli uşaqlar hələ də aclıq və xəstəlikdən əziyyət çəkirlər. Halbuki, onlara yardım etmək imkanı da yoxdur.
Tyan Çi əlavə edib: Uşaqlar hər bir ölkənin gələcəyə olan ümididir. Və ölkələr uşaqların yaşamaq, səhiyyət, təhsil və digər hüquqlarını təmin etməyə çalışırlar.
Çinin Yəməndəki səfiri Yəmən müharibəsində 1000-dən çox uşağın öldüyünə diqqət çəkib və deyib: hazırda 2.2 milyon uşaq aclıqdan əziyyət çəkidr.
Çinin Yəməndəki səfiri əlavə edib: Bir çox uşaq yolxucu xəstəliklər üzündən ölüm təhlükəsi ilə üz-üzədir. Halbuki, bu uşaqların həyatını xilas etmək mümkündür.
Tyan Çi Yəmən böhranı üçün ən yaxşı həll yolunu savaşın durdurulması, sülhün bərqərar edilməsi, ölkə iqtisadiyyatının bərpa edilməsi və uşaqların inkişafı üçün səbatlı şəraitin yaradılması adlandırıb.
Ərəbistan və müttəfiq olduğu ərəb ölkələri ABŞ-ın dəstəyi ilə 2015-ci ilin 26 mart tarixindən Yəmənə qarşı geniş hücumlara başlayıblar.