İyun 05, 2017 17:56 Asia/Baku
  • Bəhreyn vətəndaşlarının repressiyası davam edir
    Bəhreyn vətəndaşlarının repressiyası davam edir

Ali-Xəlifə rejiminin ədliyyə qurumu rejim əleyhinə aksiyada iştirak etmək ittihamı ilə daha 12 bəhreynlini azadlıqdan məhrum edib.

Manama Post xəbər portalının məlumatına görə, Ali-Xəlifə rejiminin Ali Cəza Məhkəməsi 7 bəhreynlini 5 il qalanıı isə 3 il azadlıqdan məhrum edib. Həbs olunanlar 16-23 yaşlarında şəxslərdir. 

Qəsdən od qalamaq, aksiya təşkil etmək, molotof kokteyli saxlamaq, Daxili İşlər Nazirliyinə məxsus bir avtomobilə xəsarət vurmaq Ali-Xəlifə rejiminin bəhreynli gənclər əleyhinə digər ittihamlarındandır. Onlar həmçinin 218 dinar ödəməyə məhkum olunublar. 

Bəhreyndən əldə olunan başqa bir məlumata görə, bu ölkə alimləri bir daha bəyanat verərək tanınmış ruhani Şeyx İsa Qasimin yaşadığı Əd-Duraz bölgəsinin hərbi mühasirəsini təkcə bu bölgənin mühasirəsi deyil, din və xalqın mühasirəsi adlandırıblar: Əd-Durazda bəhreynlilərin vəhşicəsinə qətlə yetirilməsi cinayəti ABŞ, İngiltərə və bəzi region ölkələrinin istəyi ilə törədildi. 

Bəhreyn alimləri bu bəyanatda bildiriblər: Rejimin din və inanca qarşı çıxması Ali-Xəlifə rejiminin fəsad içində boğulduğunu göstərir. 

Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə rejimi əleyhinə xalq inqilabının şahididir. Bəhreyn xalqı azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və xalqın seçdiyi dövlətin iqtidara gəlməsini istəyir. Lakin Ali-Xəlifə rejimi etiraz odunu söndürmək üçün çoxlu sayda vətəndaşı və müxalifət liderlərini həbs etmişdir. 

Teqlər