3 səudiyyəli muzdlu öldürülüb
-
3 səudiyyəli muzdlu öldürülüb
Yəmən ordusunun snayperləri Ceyzanda Əlkors və Əlşəbəkə hərbi bazalarında 3 səudiyyəli hərbçini öldürüblər.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Yəmən ordusunun bu əraziyə hücumu və 3 səudiyyə muzdlusunun öldürülməsindən sonra Səudiyyə Ərəbistanının Ceyzan bölgəsindəki Əssəbabə, Qaim Cobeyd və Əlqərn hərbi qərargahları da Yəmən ordusunun atileriya və raket hücumlarının hədəfinə çevrilib.
Bir yəmənli mənbə Şəbuh vilayətinin Əsilan bölgəsində də bir Sudiyyə muzdlusunun öldürüldüyünü bildirərək deyib: Yəmən ordusu və xalq komitələri qüvvələri Əl-Cof vilayətinin Təbab Hamül-Əsfəl bölgəsində muzdluların mövqelərini hədəfə alıb və onlara ağır zərbə vurub.
Təəz vilayətində də Yəmən ordusu ilə Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan qüvvələr arasında ağır və yüngül silahlarla toqquşmalar baş verib, nəticədə 12 səudiyyə muzdlusu hədəfə alınıb.