İraqlı xalq qüvvələri Suriya sərhədində yerləşən Təl Səfəvi keçidini azad edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272256-İraqlı_xalq_qüvvələri_suriya_sərhədində_yerləşən_təl_səfəvi_keçidini_azad_edib
İraqlı xalq qüvvələri Suriya ilə sərhəd məntəqədə yerləşən Təl Səfəvi kəndi və keçid məntəqəsini azad etməyi bacarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2017 11:51 Asia/Baku
  • İraqlı xalq qüvvələri Suriya sərhədində yerləşən Təl Səfəvi keçidini azad edib
    İraqlı xalq qüvvələri Suriya sərhədində yerləşən Təl Səfəvi keçidini azad edib

İraqlı xalq qüvvələri Suriya ilə sərhəd məntəqədə yerləşən Təl Səfəvi kəndi və keçid məntəqəsini azad etməyi bacarıb.

Əl-Aləm kanalının verdiyi məlumata görə, iraqlı xalq qüvvələri bu keçidi azad edərək, Əl-Bəac şəhərinin cənub-qərbində torpaq səddin çəkilməsinə başlayıblar. Təl Səfəvi keçidi İraq və Suriya sərhədində yerləşən ən mühüm keçid məntəqəsi sayılır.

Könüllü xalq qüvvələrinin hərbi mühəndislik bölmələri isə İŞİD terrorçularının Suriya ərazisindən İraqa nüfuz etmək üçün istifadə etdikləri bütün keçid yollarını bağlamağa başlayıbalr. 

Təl Səfəvi kəndinin azad edilməsi əməliyyatında 10 terrorçu öldürülüb. Digər terrorçular isə Suriya ərazisinə qaçıblar.