Fələstinli qruplar Adil Əl-Cübəyrin Həmas əleyhinə sözlərinə reaksiya veriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272322-fələstinli_qruplar_adil_Əl_cübəyrin_həmas_əleyhinə_sözlərinə_reaksiya_veriblər
Fələstinin mübariz qrupları Ərəbistanın xarici işlər naziri Adil Əl-Cübəyrin Fələstin İslami Müqavimət Hərəkatı Həmas-a qarşı son açıqlamasını kəskin formada qınayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2017 17:32 Asia/Baku
  • Fələstinli qruplar Adil Əl-Cübəyrin Həmas əleyhinə sözlərinə reaksiya veriblər
    Fələstinli qruplar Adil Əl-Cübəyrin Həmas əleyhinə sözlərinə reaksiya veriblər

Fələstinin mübariz qrupları Ərəbistanın xarici işlər naziri Adil Əl-Cübəyrin Fələstin İslami Müqavimət Hərəkatı Həmas-a qarşı son açıqlamasını kəskin formada qınayıblar.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, fələstinli qruplar cümə axşamı bir bəyanat yayaraq, Ərəbistan xarici işlər nazirinin Həmas əleyhinə səsləndirdiyi fikirlərin İsrail rejiminin razılığının əldə edilməsi istiqamətində söylənilmiş fikirlər olduğunu bildiriblər. 

Adil Əl-Cübəyr çərşənbə axşamı Qətərin Həması himayə etməsi barədə xəbərdarlıq edərək, Qətərin Həmas kimi qruplara yardımlarını dayandırmalı olduğunu demişdi.