BMT: Vəba bütün Yəməndə yayılıbdır
-
BMT: Vəba bütün Yəməndə yayılıbdır
BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru bildirib ki, vəba bütün Yəməndə yayılıbdır.
Cimmi Mak Qoldrik dünən gecə Əlaləm ilə müsahibədə əlavə edib: İndiyədək Yəmən vətəndaşlarından doxsan min nəfər bu xəstəliyə məruz qalıb və 700 nəfər də bu xəstəlik nəticəsində həyatını itiribdir.
Ərəbistanın Yəmənə qarşı hücumları və bu ölkə infrastrukturlarının, xüsusən su şəbəkəsinin dağıdılmasının davam etməsilə vəba xəstəliyi Yəmən xalqı arasında sürətlə yayılmaqdadır.
Səudiyyə Ərəbistanı Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsi və Amerikanın dəstəyilə 2015-ci ilin martında Yəmənə qarşı hərbi hücuma keçərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı.
Bu hərbi təcavüz 12 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb oldu.
Ərriyadın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin ərzar maddələri və dərman preparatları çatışmazlığı ilə üzləşdirdi.