Yəmən ordusu Ərəbistanın mövqelərini raketlə bombaladı
-
Yəmən ordusu Ərəbistanın mövqelərini raketlə bombaladı
Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi ötən gecə Səudiyyə Ərəbistanının Cizan və Əsirdəki hərbi mövqelərini məhv edib.
İRNA-nın məlumatına görə, Yəmən ordusunun raket bölməsi Səmud, Zilzal-2 və Qrad raketləri ilə Cizanda Musəm keçidini atəşə tutub.
Yəmənin ağır artilleriyası da Əsirdə əl-Məsyan hərbi bazasında səudiyyəli hərbçilərin təchizatını atəşə tutub.
Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib və istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.
Bu hərbi təcavüz 12 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.
Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü bu yoxsul ölkəni ərzaq və dərman preparatı çatışmazlığı ilə üzləşdirib.