Mənsur Hadi Yəmən adası BƏƏ-yə satdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272528-mənsur_hadi_yəmən_adası_bƏƏ_yə_satdı
Yəmənin istefa vermiş hökumətinə bağlı Ədliyyə Nazirliyi tərəfindən yayımlanan sənədlər ifşa edir ki, istefada olan prezident Əbdrəbbə Mənsur Hadi bu ölkənin adalarından birinin böyük ərazisini Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə fonduna satıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2017 09:34 Asia/Baku
  • Mənsur Hadi Yəmən adası BƏƏ-yə satdı
    Mənsur Hadi Yəmən adası BƏƏ-yə satdı

Yəmənin istefa vermiş hökumətinə bağlı Ədliyyə Nazirliyi tərəfindən yayımlanan sənədlər ifşa edir ki, istefada olan prezident Əbdrəbbə Mənsur Hadi bu ölkənin adalarından birinin böyük ərazisini Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə fonduna satıb.

Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri də əl-Qaidə ilə mübarizə bəhanəsi ilə Səqtəri atasında hərbi baza yaradıb. 

Əl-Aləm televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanı təcavüzkarlarına bağlı Bilqeys televiziyası sənədlərə istinad edərək bildirib: Hadinin təyin etdiyi vali Deksom bölgəsində Səqtəri adası ərazisinin böyük hissəsini Xəlfan Bin Mübarək əl-Vəzrui fondunun nümayəndəsinə satıb və bu ada üç ay öncədən BƏƏ tərəfindən işğal olunub. 

Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri Səqtəri adasında yerləşdirdiyi nümayəndələr və rüşvət vermək vasitəsi ilə yerli rəsmilər və tayfa başçılarının dəstəyini qazanmaq niyyətindədir. 

Hind okeanında Yəmənin ən böyük adalarından biri olan Səqtəri adası Ədən körfəzi yaxınlığında yerləşir. Yəmənin istefa vermiş hökuməti 2014-cü ildə Səqtəri və Əbdül-Kuri adalarını 99 il müddətinə Birləşmiş Ərəb Əmirliklərinə verib.