Bəhreyndə şeyx İsa Qasimə dəstək aksiyası
-
Bəhreyndə şeyx İsa Qasimə dəstək aksiyası
Alimlərin Bəhreynin məşhur ruhanisi şeyx İsa Qasimə dəstək və ona qarşı edam hökmü ilə müxalifət çağırışının ardınca minlərlə bəhreynli aksiya keçirib.
Şeyx İsa Qasimin Manamanın qərbində Ədduraz məhəlləsində yerləşən mənzilinin Ali-Xəlifə hərbçiləri tərəfindən mühasirəyə alınmasından 20 gün keçir və ruhaninin durumu barədə məlumat yoxdur.
İRNA-nın verdiyi məlumata görə, bəhreynlilər şeyx İsa Qasimin ev dustağı edilməsi, onunn yaşadığı məhəllənin hərbi mühasirəyə alınması və Bəhreyndə həbs hallarının gizlədilməsinə etiraz əlaməti olaraq ikinci gecə dalbadal olaraq dünən gecə etiraz aksiyası keçiriblər.
Aksiyaçılar bir neçə bəhreynli gəncə qarşı edam hökmlərini, dinc aksiyalarda iştirak ittihamı ilə bəzilərinə verilən həbs hökmlərini pisləyərək Ali-Xəlifə rejiminə qarşı şuarlar səsləndiriblər.
Manamada son gecələrin etiraz nümayişləri Ali-Xəlifə rejimi hərbçiləri tərəfindən repressiyaların tətbiq olunmasından sonra qəzəbli aksiyalara çevrilib.