Əz-Zəvahiri Həsən əl-Bənnanın ideologiyasının tərəfdarıdır
-
İymən Əz-Zəvahiri
Əl-Qaidə terror qruplaşmasının başçısı öz audio yazısında İxvanul-Müslimin qrupunun (Müsəlman Qardaşları) başçısı Həsən əl-Bənnanın ideologiyasının ardıcıllığını istəyib.
Əl-Məyadin televiziyasının məlumatına görə, İymən Əz-Zəvahiri analoqu olmayan hərəkətdə Həsən əl-Bənnanın cihadi ideologiyasının tərəfdarı olduğunu bildirib.
Keçmişdə Həsən əl-Bənnanın ideologiyalarını tənqid edən Əz-Zəvahiri hazırda onu tərifləyib.
Əz-Zəvahiri həmçinin Suriyalı İzəddin əl-Qəssam, fələstinli Abdulla İzam və Üsamən Ben Ladeni alqışlayır və deyir ki, bu şəxslər kafir düşmənlər qarşısında vahid ümmət mənasını bərpa etdilər.
O əlavə edib: Bugünkü islam ümməti dünya müharibəsi ilə üzləşib. Qərbli və şərqli xristianlar, çinlilər, hindlilər, Səfəvi rafizilər (şiələr) və liberal millətçilər bu müharibədə iştirak edir.
Əz-Zəvahiri bundan öncə Müsəlman Qardaşlarını ölkələrdə diktatura quruluşları ilə anlaşmada suçlamışdı.
Əz-Zəvahirinin audio yazısı elə bir halda yayımlanıb ki, Səudiyyə Ərəbistanı yenilərdə Müsəlman Qardaşları qrupunun bir qrup şəxsiyyətini terrorizm siyahısına əlavə edib.