İyun 15, 2017 10:37 Asia/Baku
  • Riqqədə 300 mülki öldürülüb
    Riqqədə 300 mülki öldürülüb

Birləşmiş Millətlər Təşkilatı bildirib: ABŞ-ın başçılıq etdiyi "anti-İŞİD" koalisiyasının Suriyanın Riqqə vilayətinə hücumlarında 300 mülki həlak olub.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, BMT-nin tabeliyində olan Suriyanın durumu barədə araşdırma komitəsinin komisarı Karin Abu Zaid deyib: ABŞ koalisiyasının sadəcə Riqqəyə hava hücumlarında 300 mülki həlak olub, onların 200 nəfəri Riqqənin qərbində yerləşən Əl-Mənsurə kəndinin əhalisindən ibarətdir. 

Amerikanın başçılıq etdiy koalisiya qüvvələrinin Riqqəyə hava və arteleriya hücumlarında öncə də 4 qadin və uşaq da daxil 6 mülki öldürülmüşdü. 

BMT-nin təhqiqat komitəsinin bildirdiyinə görə, Koalisiyanın Suriya kürdlərinin irəliləməsini təmin etmək və Riqqə şəhərini kürdlərin nəzarətinə vermək məqsədi ilə bu şəhərdəki İŞİD mövqelərinə hücumları mülkinin tələfatını daha da artıracaq. 

"Amerikan koalisiya"-nın hücumları indiyədək 160 min mülkinin də didərgin düşməsinə gətirib çıxarıb. 

Teqlər