Bəhreyndə 26 nəfərin vətəndaşlığını ləğv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273100-bəhreyndə_26_nəfərin_vətəndaşlığını_ləğv_edilib
Ali-Xəlifə rejiminin məhkəməsi bəhreynli inqilabçılara qarşı repressiyaların ardınca 26 bəhreynlinin vətəndaşlığını ləğv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2017 13:29 Asia/Baku
  • Bəhreyndə 26 nəfərin vətəndaşlığını ləğv edilib

Ali-Xəlifə rejiminin məhkəməsi bəhreynli inqilabçılara qarşı repressiyaların ardınca 26 bəhreynlinin vətəndaşlığını ləğv edib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Ali-Xəlifə rejiminin Bəhreyn inqilabçılarına qarşı hərəkətləri davam edərkən bu rejimin məhkəməsi Ədduraz məhəlləsində 26 bəhreynlinin vətəndaşlığını əsassız ittihamlarla ləğv edib. Həmin bəhreynlilərin 18 nəfərinə ömürlük həbs , 8 nəfərinə isə 15 il azadlıqdan məhrum edilmə hökmü çıxarılıb. 

Son günlərdə də Ali-Xəlifə rejiminin məhkəməsi bəhreynli inqilabçılara təzyiqləri artırmaq üçün bir neçə inqilabçıya həbs və edam hökmləri vermişdi. Cəzalandırılanların hamısı Adüraz məhəlləsindəndir. Onlar Əddüraz gəncləri adlı bir qrup təşkil edərək 2011-2013-cü illərdə əməliyyatlar həyata keçirməkdə ittiham ediliblər.