Ərəbistan jurnalistlər və xilasedicilərin Yəmənə daxil olmasına mane olur
-
Ərəbistan jurnalistlər və xilasedicilərin Yəmənə daxil olmasına mane olur
Səudiyə Ərəbistanı və anti-Yəmən koalisiyasında Ərəbistan ilə müttəfiq olan ölkələr beynəlxalq media təmsilçilərinin və beynəlxalq yardım təşkilatı işçilərinin Yəmənə daxil olmasına icazə vermirlər.
CNN bildirir ki, ötən iki ildə Yəməndə müharibədən son dərəcə ağır zərər çəkmiş və hazırda aclıq və insan faciəsi ilə üz-üzə olan məntəqələrə baxış keçirmək üçün bir çox səylərin göstərilməsinə baxmayaraq, Ərəbistan dövləti buna icazə vermir.
Bu reportajda deyilir: Ərəbistan bu səhnələrin dünya tərəfindən müşahidə edilməsini istəmir. Yəməndə aclıq və qıtlığın qurbanı olan uşaqların təsvirləri. Bu qıtlıq hazırda Yəməndə 7 milyon insanın həyatını təhdid edir. Yəməndəki xəstəxanalardan birində şəfqət bacısı olaraq çalışan tibb işçisi deyir: Əgər hazırda xəstəxanada olan 10 aylıq uşaq xəstəxanaya 2 gün daha gec çatdırılmış olsaydı, onun həyatını xilas etmək mümkün olmayacaqdı. Halbuki, bir çox insan hətta, xəstəxanaya belə müraciət edə bilmir. Artıq 2 ildən çoxdur ki, Yəməndə cərəyan edən müharibə insanların öz yaşayış yerlərindən didərgin düşməsinə və didərginlər düşərgələrində məskunlaşmasına səbəb olub. Uşaqlar isə aclıqdan əziyyət çəkirlər. On aylıq olan bir uşağın atası deyir: Uşağı xəstəxanaya aparmağa pulumuz yoxdur. Xilasedici qrupların bizə kömək edə biləcəklərinə ümid bəsləyirdik. Amma, heç kim gəlmədi. Süni formada yaradılmış bu aclıq və qıtlığın qurbanlarına aparan yollar isə xeyli məhdudlaşdırılıb. Ərəbistanın başçılıq etdiyi koalisiya bir neçə aydır ki, müharibə və mühasirə qurbanları ilə hər hansı əlaqənin qurulmasına icazə vermirlər. Yəmənin mühasirəyə alınması bu ölkədə hətta ən ilkin və primitiv xidmətlərin belə donma nöqtəsinə çatmasına səbəb olub. Hər gün daha da ağırlaşan durum ölkədə xəstəliklərin sürətlə yayılmasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, ötən bir ay ərzində 1100 nəfər Yəməndə vəba xəstəliyinə yoluxma nəticəsində həyatını itirib. Yəməndə səhiyyə ocaqları dərman preparatları, tibb ləvazimatları və kadr çatışmazlığından əziyyət çəkir.
Belə nəzərə gəlir ki, Yəmən xalqının yardım fəryadının kimsə eşitmir və ya hamı özünü eşitməməzliyə vurub.
Region xalqlarının qənaətinə görə isə ABŞ prezidenti Donald Trampın Ər-Riyada olan son səfəri və Amerika ilə Ərəbistan arasında bir neçə yüz milyard dollarlıq silah müqaviləsinin imzalanması Ali-Səud rejimini Yəməndə daha amansız və həyasız formada cinayət törətməyə həvəsləndirib.