Bədrəddin Husi Ərəbistanın təcavüzləri qarşısında müqavimətə təkid etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274150-bədrəddin_husi_Ərəbistanın_təcavüzləri_qarşısında_müqavimətə_təkid_etdi
Yəmənin Ənsarəllah hərəkatının baş katibi Yəmən xalqının Ərəbistanın təcavüzləri qarşısındakı müqavimətini alqışlayaraq, yəmənli mübarizlərə daha artıq dəstəyin verilməsini istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2017 06:48 Asia/Baku
  • Bədrəddin Husi Ərəbistanın təcavüzləri qarşısında müqavimətə təkid etdi
    Bədrəddin Husi Ərəbistanın təcavüzləri qarşısında müqavimətə təkid etdi

Yəmənin Ənsarəllah hərəkatının baş katibi Yəmən xalqının Ərəbistanın təcavüzləri qarşısındakı müqavimətini alqışlayaraq, yəmənli mübarizlərə daha artıq dəstəyin verilməsini istədi.

Seyid Əbdülmalik Bədrəddin Husi Fitr bayramı münasibəti ilə Yəmən xalqını təbrik edərək, ölkə əhalisi xüsusi ilə də döyüş meydanında Ərəbistanın təcavüzkarlıqları qarşısında müqavimət göstərən yəmənli mübarizlərə xitabən deyib: Yəmənli mübarizlərin daha artıq himayə edilməsi təcavüzkarlar qarşısında qələbəyə aparacaq amildir. 

Ənsarəllah hərəkatının baş katibi cəbhə xəttində mübarizə aparanlara davamlı olaraq dəstək və yardımın çatdırılmasını Yəmən xalqının müstəqilliyi, şərəfi və ləyaqətini müdafiə üçün zəruri adlandırıb və deyib: Ali-Səud və onun regional və regiondan kənar himayədarlarının məğlubiyyətinin başlıca səbəbi xalqın müqavimət qüvvələrinə inam bəsləməsi və onları müdafiə etməsidir. 

Əbdülmalik Bədrəddin Husi Ərəbistan və müttəfiqlərinin Yəmənə olan hücumlarının məqsədini Yəməndə xalq hökumətinin formalaşmasına mane olmaq və İslam düşmənlərinin mənafeyini təmin etmək adlandırıb.