İyun 25, 2017 11:18 Asia/Baku
  • Əs-Sisinin Ərəbistan kralına yaltaqlığı
    Əs-Sisinin Ərəbistan kralına yaltaqlığı

Misir prezidenti şənbə günü axşam Misir və Ərəbistan arasındakı su sərhədlərini müəyyən edən anlaşmanı qəbul etdiyini bildirib.

İRNA-nın məlumatına görə, Misir prezidenti Əbdülfəttah Əs-Sisi bu ölkə parlamentinin Misir ilə Ərəbistan arasındakı su sərhədlərinin müəyyən edilməsi layihəsini təsdiq etməsinin ardınca, onu imzalayıb. 

Misir parlamenti 14 iyun tarixində səs çoxluğu ilə Misir və Ərəbistan arasındakı su sərhədlərinin müəyyən edilməsi habelə, Tiran və Sənafir adalarının mülkiyyətinin Ərəbistana verilməsi ilə bağlı qanun layihəsini təsdiq etdi. Bu isə Misirdə xalq etirazlarına səbəb olub. 

Əbdülfəttah Əs-Sisinin tərəfdarları bildirirlər ki, Misir prezidenti Ərəbistandan aldığı maliyə yardımları müqabilində bu iki adanın mülkiyyətini Ərəbistana təhvil verib. 

Teqlər