Suriya ordusu sionist rejimə xəbərdarlıq etdi
Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı sionist rejimin bu ölkəyə qarşı təcavüzkar hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edib.
İRİB-in verdiyi məlumata görə, Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı sionist rejimin bu kimi qıcıqlandırıcı hərəkətlərin təhlükəli nəticələrində məsuliyyət daşıdığını bildirib və İsrailin regiondakı qolları olan terrorçu qrupların məhv ediləcəyini vurğulayıb.
Suriya ordusu baş qərargahı sionist rejim təcavüzkarlarının hücumlarında məqsədin terrorçu qruplara dəstək vermək və onların zəifləmiş əhval-ruhiyyəsini bərpa etmək olduğunu bildirərək qeyd edib ki, bu kimi qıcıq doğuran hərəkətlər məğlubiyyətə uğramalıdır.
Suriya ordusu baş qərargahı xatırladıb: Suriya ordusu və silahlı bölmələrinin Qüneytərə vilayətində Əl-Bəs şəhəri ətrafında Cəbhətünnüsrə terror qrupunun hücumlarını dəf edərək onlara ağır zərbələr endirdikdən sonra sionist rejim bu hücumlara reaksiya göstərmək üçün bir daha Suriya ordusunun hərbi qərargahlarına hücum etdi.
Sionist rejim hərbi təyyarələri şənbə günü Qüneytərə vilayətində Suriya ordusunun mövqelərini hədəfə aldılar və nəticədə 3 suriyalı hərbçi öldürüldü.