Yəməndə faciəli durum
-
Yəməndə faciəli durum
YUNİSEF-in nümayəndəsi Yəməndə durumun faciəli olduğunu bildirib.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Şerin Varki bu telekanala verdiyi müsahibədə Yəməndə vəba epidemiyası barədə deyib: Həqiqi mənada təhlükəli durum yaranıb. Vəbanın yayılması Yəməndə böhranın daha da mürəkkəbləşməsinə səbəb olub və bu gün demək olar ki, Yəməndə faciəli vəziyyət yaranıb. Hər gün vəbaya yoluxanların sayına 5 nəfər əlavə olur və hal-hazırda bu ölkədə vəbaya yoluxanların sayı 200 min nəfərdən çoxdur. Beləliklə Yəmən dünyada vəbanın yayılması miqyası baxımından birinci yerdə durur. Bu durum Yəmənə qarşı iki illik müharibənin nəticəsidir, bu vəziyyət xüsusi ilə uşaqlar arasında qida çatışmazlığına səbəb olub. Müharibə bu ölkənin infrasturukturunun, səhiyyə və müalicə sisteminin, içməli su və su tullantıları şəbəkəsinin məhv olması ilə nəticələnib. Bundan əlavə səhiyyə və müalicə sektorunun işçiləri 9 aydır maaş almır və bu, vəziyyəti daha da qəlizləşdirib. Məhz buna görə də dərhal lazımı tədbirlər görülməlidir. Ona görə ki, yəmənli uşaqlar üçün fürsət sürətlə itirilir.
YUNİSEF kimi qurumlar ardıcıl şəkildə Yəməndəki böhranı nəzarətə almağa səy göstərirlər. Son iki həftədə ilkin ehtiyaclardan, su təmizləmə qurğularından ibarət 3 təyyarə yük Sənaya gətirilib və bu yardımlar ölkə boyu paylanıb. Amma bu kimi yardımlara ehtiyacı olanların sayının çox olduğuna görə yardımlar çatışmır.