Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumları davam edir
İyun 26, 2017 12:43 Asia/Baku
-
Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumları davam edir
Səudiyyə Ərəbistanı Yəməndə fitr bayramı tətillərinin ikinci günündə Sədə vilayətində bir evi bombalayıb, nəticədə bir uşaq da daxil 3 mülki həlak olub və 7 nəfər yaralanıb.
Yəmənin Əlməsirə telekanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının bombardımancı təyyarələri Sədə vilayətində Əşşəvariq şəhərinə də hücum ediblər və bu şəhərin bir neçə təsisatını hədəfə alıblar.
Səudiyyə hərbi təyyarələri dünən gecə də Maarib vilayətinin Ali-Məsəd bölgəsini bombalayaraq 8 mülkinin ölümü və 4 nəfərin yaralanmasına səbəb olublar.
Teqlər