Yəmənin 5 vilayətində fövqəladə vəziyyət elan olundu
-
Yəmənin 5 vilayətində fövqəladə vəziyyət elan olundu
Yəmənin Əbin, Ədən, Ləhic, Zali və Şibvə vilayətlərində vəba ilə mübarizə üçün fövqəladə vəziyyət elan olunub.
Əl-Aləm televiziyasının məlumatına görə, YUNİSEF Yəməndə vəba epidemiyası qurbanlarının 1300 nəfərə çatdığını, onların dörddə birinin uşaqlar olduğunu və bu xəstəliyin başqa vilayətlərə də yayıldığını bildirib. Bunun ardınca belə bir qərar verilib.
YUNİSEF-in sözçüsüMertsel Rilano da iyul ayına qədər vəbaya yoluxanların sayının 300 min nəfərə artması haqda nigaranlıq edib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Həccə vilayəti vəba qurbanlarının sayı baxımından ilk sırada durur, ondan sonra İb və Hədidə vilayətləri qərarlaşır.
Səudiyyə Ərəbistanının Yəmənlə savaşı, həmçinin ordu və xalq qüvvələrinin Ərəbistanın dəstəklədiyi muzdlularla qarşıdurması xəstəliklə mübarizəni çətinləşdirib.
Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Bəhanəsi isə Yəmənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır. Bu hərbi təcavüz 12 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla insanın didərgin düşməsi ilə nəticələnib.