Vəba Yəməndə can almaqda davam edir \ Vəban qurbanlarının sayı 1500-ə çatdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274886-vəba_yəməndə_can_almaqda_davam_edir_vəban_qurbanlarının_sayı_1500_ə_çatdı
Ümumdünya Səhiyyət Təşkilatı indiyə kimi Yəməndə 1500 nəfərin vəba xəstəliyi üzündən həyatını itirdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2017 04:02 Asia/Baku
  • Vəba Yəməndə can almaqda davam edir \ Vəban qurbanlarının sayı 1500-ə çatdı
    Vəba Yəməndə can almaqda davam edir \ Vəban qurbanlarının sayı 1500-ə çatdı

Ümumdünya Səhiyyət Təşkilatı indiyə kimi Yəməndə 1500 nəfərin vəba xəstəliyi üzündən həyatını itirdiyini bildirib.

Çin xəbər agentliyinin verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının Yəməndəki nümayəndəsi Nevio Zaqaria şənbə günü deyib: Yəmənin 23 vilayətinin 21-də vəbanın epidemiya halı alması ilə bu xəstəliyə yoluxanların sayı 246 000 nəfərə çatıb. 

BMT-nin uşaq fondu YUNİSEF-in Yəməndəki nümayəndəsi Şerin Varkey də Yəməndə vəba qurbanlarının 25%-ni uşaqların təşkil etdiyini bildirib. 

Ərəbistanın Yəmənə olan hücumlarının davam etməsi, bu ölkənin bütün sivil infrastrukturlarının dağıdılması və Yəmənin mühasirədə saxlanılması ölkədə vəba xəstəliyinin sürətlə yayılmasına səbəb olub. 

Yəmən 2015-ci ildən bəri Ərəbistan tərəfindən amansız şəkildə hücumlara məruzdur. Həmçinin, bu ölkə havadan, qurudan və dənizdən mühasirədə saxlanılır və hər hansı yardımın çatdırılmasına icazə verilmir. İndiyə kimi bu təcavüzlər nəticəsində Yəməndə 12 mindən çox yəmənli həyatını itirib, on minlərlə insan yaralanıb, milyonlarla nəfər didərgin düşüb.