Yəməndə beş səud təcavüzkarı öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i275634-yəməndə_beş_səud_təcavüzkarı_öldürülüb
Məlumatlı yəmənli mənbələr yəmənli qüvvələrin bu ölkənin cənub-qərbində yerləşən Cuf və Təiz vilayətlərində həyata keçirdikləri cavab hücumlarında səud təcavüzkarlarından beş nəfərin öldürülməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2017 04:10 Asia/Baku
  • Yəməndə beş səud təcavüzkarı öldürülüb
    Yəməndə beş səud təcavüzkarı öldürülüb

Məlumatlı yəmənli mənbələr yəmənli qüvvələrin bu ölkənin cənub-qərbində yerləşən Cuf və Təiz vilayətlərində həyata keçirdikləri cavab hücumlarında səud təcavüzkarlarından beş nəfərin öldürülməsindən xəbər veriblər.

IRNA-nın məlumatına görə, bir məlumatlı yəmənli mənbə belə deyib: Səud təcavüzkarlarından üç nəfər Salə rayonunda, ikisi isə Cəbəl Həbəşi rayonunda Yəmənin ordu və xalq komitələri qüvvələrinin ağır atəşləri nəticəsində öldürülübdür.

Adının gizli qalmasını istəmiş bu hərbi mənbə qeyd edib ki, Cuf vilayətinin Əlmətun rayonunda da səud təcavüzkarlarının bir neçə avtomobili məhv edilibdir.

Yəmənin ordu və xalq komitələri qüvvələri həmçinin şənbə günü katyuşa raketləri və top mərmilərilə Ərəbistanın Nəcran məntəqəsində yerləşən Əlfuaz bazasının qərbində səud hərbçilərinin mövqeləri və Suqam hərbi mərkəzinin qərargah binasını hədəfə alıblar.