İraq Səudiyyə rejiminə yox dedi
İraqlı bir rəsmi deyib: Səudiyyə Ərəbistanı İraqı Qətərə qarşı mövqe tutmaq məcburiyyətində qoymağa cəhd göstərir, Bağdad isə Səudiyyəlilərin istəyinə yox cavabı verib.
21 xəbər agentliyinin verdiyi məlumata görə. Əddəvə partiyasının rəhbərlərindən olan Casim Əl-Bəyati dünən bu agentliyə verdiyi müsahibədə deyib: İraqın baş naziri Heydər Əl-İbadi Mosulun bərpası qarşılığında Qətərə qarşı mövqe tutmaq üçün Səudiyyə Ərəbistanı tərəfindən təzyiq altındadır.
Casim deyib: Əl-İbadi Səudiyyə rejiminin bu istəyinə qarşı çıxıb ona görə ki, səudiyyəlilər Əl-İbadinin Səudiyyə Ərəbistanına gözlənilən 19 iyun səfərindən Dohaya qarşı faydalanmaq niyyətindədirlər.
Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Bəhreyn 5 iyunda bir bəyanatda Qətər ilə diplomatik əlaqələri dayandırdıqlarını bildirdilər.